Ru
09:40 / 07 Fevral 2023

Əlizamin Salayev saxlanıldı

7593

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Əlizamin Salayev saxlanılıb.


Bakupost.az Qafqazinfo-ya istinadla bildirir ki, o, bıçaqla tanışına xəsarət yetirməkdə şübhəli bilinir. Hadisənin Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verdiyi bildirilir.


Ə.Salayev polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.


Qeyd edək ki, Əlizamin Salayev daha əvvəl də həbs həyatı yaşayıb. O, 2020-ci ildə Salyanda polis zabiti tərəfindən böhtan və təhqirdə ittiham olunub. İddiaya Salayevin İnternetdə yaydığı videogörüntü səbəb olub. Salayev 2 il 3 ay müddətə həbs cəzası alıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər