Ru
15:05 / 16 Mart 2023

Zəlzəldən sonra Türkiyəyə 150 ton tibbi ləvazimat göndərildi

2552
Macarıstan zəlzələdən sonra Türkiyəyə 105 ton tibbi ləvazimat göndərib.

Bakupost.az xəbər verir ki, Türkiyə Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Peter Szijjarto çıxışında təbii fəlakəti narahatlıqla izlədiklərini və Türkiyəyə yardımların çatdırılması üçün dərhal hərəkətə keçdiklərini bildirib.

Macarıstanın bölgəyə 167 axtarış-xilasetmə qrupu və 29 xüsusi təlim keçmiş it göndərdiyini, qrupların dağıntılar altından 35 nəfəri xilas etdiyini bildirən Szijjarto, dost və qardaş ölkə Türkiyəyə kömək etməyə davam etdiklərini, 105 ton tibbi ləvazimat çatdırdıqlarını deyib.

Ölkəsinin ötən ay Türkiyəyə 1500 kiloqram dərman göndərdiyinə diqqət çəkən Szijjarto, son 105 tonluq göndərişdə respirator və infuziya cihazları ilə yanaşı, müxtəlif dərman və sarğı materiallarının da olduğunu bildirib.

Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər