Naxçıvanda hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar “Azərbaycan Hava Yolları”nın 14 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.
Bakupost.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək.
AZAL sərnişinlərin mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacağını qeyd edib.