Ru
19:17 / 04 Sentyabr 2026

“AZAL təyyarə parkını böyüdür: Braziliya “Embraer”ləri gündəmdə”

“AZAL təyyarə parkını böyüdür: Braziliya “Embraer”ləri gündəmdə”
Eye

“Azərbaycan Hava Yolları” (AZAL) təyyarə parkının yenilənməsi çərçivəsində Brazaliya istehsalı olan yeni təyyarələrin alınması imkanlarını nəzərdən keçirir.

“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, məsələ AZAL-ın baş direktoru Samir Rzayevlə Braziliyanın Azərbaycandakı səfiri Bernard Jorg Leopold de Garcia Klingl arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər AZAL-ın təyyarə parkının yenilənməsi, marşrut şəbəkəsinin genişləndirilməsi, eləcə də Azərbaycanla Braziliya arasında aviasiya sahəsində əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Braziliya aviasiya sənayesinin əsas istehsalçılarından olan “Embraer” şirkətinin təyyarələri də müzakirə mövzusu olub.

“Biz təyyarə parkının yenilənməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və Azərbaycanla Braziliya arasında aviasiya sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi apardıq. Həmçinin Braziliya aviasiya sənayesinin əsas oyunçularından olan “Embraer” şirkətinin istehsal etdiyi təyyarələri də müzakirə etdik”, – deyə bildirilib.

Qeyd edək ki, AZAL-ın mövcud təyyarə parkında Braziliyanın “Embraer” şirkətinin istehsalı olan 7 təyyarə istismar edilir.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar