Ru
15:51 / 23 Oktyabr 2026

Azər Məmmədov Ağcabədidə vətəndaşlarla görüşdü

Azər Məmmədov Ağcabədidə vətəndaşlarla görüşdü
Eye

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib.


"Bakupost" xəbər verir ki, birlik rəhbəri Ağcabədi, Zərdab və ətraf rayonlardan qəbula gələn vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlər əsasən yaşayış məntəqələrinin, fərdi yaşayış evlərinin və sahibkarlıq obyektlərinin qazlaşdırılması, debitor borcun ödənilməsində köməkliyin göstərilməsi, işə qəbul, iş yerinin dəyişdirilməsi ilə bağlı olub.

Baş direktor hər bir müraciətlə bağlı ətraflı məlumat verib.

Bir sıra məsələlərin isə yerində baxılması və araşdırılması üçün Tərtər Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Azər Məmmədov Ağcabədidə vətəndaşlarla görüşdü
Azər Məmmədov Ağcabədidə vətəndaşlarla görüşdü
Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar