Ru
15:28 / 15 Sentyabr 2026

Azər Mursaqulov 3 şöbə müdirini işdən çıxardı

Azər Mursaqulov 3 şöbə müdirini  işdən çıxardı
Eye

Dövlət Statistika Komitəsinin üç şöbə müdiri vəzifəsindən azad olunub.

"Bakupost" Unikal-a istinadla xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmrlər imzalayıb.

Struktur dəyişiklikləri ilə əlaqədar Xidmət statistikası şöbəsinin müdiri Sevinc Fəttahova, Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə və Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Səxavət Məmmədov tutduqları vəzifələrdən azad ediliblər.

Komitədən məlumatı saytımıza təsdiqləyiblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi istiqamətində dəyişikliklər həyata keçirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar