Ru
18:30 / 30 İyul 2026

Azərbaycan bazarında hansı avtomobillər daha çox satılır?

Azərbaycan bazarında hansı avtomobillər daha çox satılır?
Eye

Azərbaycanda avtomobil bazarında ən çox satılan və alıcıların üstünlük verdiyi markalar sırasında “Toyota”, “Changan”, BYD, “Chevrolet”, “Hyundai” və “Kia” ilk sıralarda yer alır.

Bunu “BakuPost”a Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.

Onun sözlərinə görə, bu markalara marağın yüksək olmasının müxtəlif səbəbləri var:

“İlk sıralarda "Toyota”, “Changan”, BYD, “Chevrolet”, “Hyundai” və “Kia” yer alır. “Toyota” yapon keyfiyyəti və etibarlılığı ilə seçilir. “Hyundai” və “Kia” isə uzun illərdir Azərbaycan bazarında möhkəmlənib. Bu markaların servis xidməti genişdir, ehtiyat hissələrini tapmaq asandır və ustalar onları yaxşı tanıyırlar. “Chevrolet” markası isə illərdir bazarda olduğu üçün onu da ustalar yaxşı tanıyır. BYD və “Changan”a isə əsasən qiymət amilinə görə üstünlük verilir”.

E.Əliyev qeyd edib ki, ümumilikdə alıcıların seçimində əsas rol oynayan amillər qiymət, keyfiyyət, avtomobilin dözümlülüyü, ehtiyat hissələrinin əlçatanlığı və servis xidmətlərinin geniş olmasıdır.

Bu amillər səbəbindən sözügedən markalar son dövrdə həm satışda, həm də ölkəyə idxal olunan avtomobillər arasında lider mövqelərini qoruyurlar.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar