SOCAR istehsal etdiyi Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yük Ermənistana çatıb.
Bakupost.az xəbər verir ki, Ermənistan iqtisadiyyat naziri Gevork Papoyanın sosial şəbəkədə yazığı məlumata görə, ümumi həcmi təxminən 1 300 ton olan yük Ermənistan-Gürcüstan sərhədini keçib.
Nazir vurğulayıb ki, bu, Azərbaycan və Ermənistan arasında sülh bağlandıqdan sonra ilk iqtisadi-ticarət əməliyyatdır və iki ölkənin müstəqilliyini əldə etdikləri dövrdən bu yana ilk oxşar razılaşmadır.
Xatırladaq ki, bu daşınma noyabrın 28-də Qəbələdə Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mger Qriqoryan arasında əldə edilmiş razılaşma əsasında həyata keçirilib.
Benzin Bakıdan Gəncəyə, oradan Böyük Kəsik sərhədini keçib. Daha sonra Qarda¬bani Tiflis marşrutu üzrə və Sadaxlı–Ay¬rım sərhədindən Ermənistana ötürülüb.
Cavid, BakuPost