Ru
14:01 / 04 Sentyabr 2026

“Azərbaycan demoqrafik quyuya düşür”

“Azərbaycan demoqrafik quyuya düşür”
Eye

Azərbaycanda 2026-cı ilin ilk 6 ayı üzrə doğuş statistikası açıqlanıb.

Bu müddətdə ölkədə 40 798 doğulan körpə qeydə alınıb.

"Bakupost" xəbər verir ki, Gununsesi.info-ya danışan iqtisadçı Natiq Cəfərli ölkənin demoqrafik vəziyyətinə diqqət çəkib.

O bildirib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən yayılan məlumata əsasən, 2026-cı ilin yanvar-avqust aylarında 56 980 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin edilərək ödənilib.

“Yəni ilk 8 ayda doğulan uşaqların sayı, aşağı-yuxarı, bu rəqəmə uyğundur. Ola bilər ki, müavinət almayanlar da var. Lakin aylıq orta doğuş sayına baxanda, çox güman ki, 2026-cı ildə Azərbaycanda doğulan uşaqların sayı 90 mindən aşağı olacaq. Bu isə müstəqillik tarixinin ən aşağı göstəricisidir”, – deyə Cəfərli qeyd edib.

İqtisadçı doğulan uşaqlar arasında cins nisbətinə də diqqət çəkib.

Onun sözlərinə görə, yanvar-avqust aylarında birdəfəlik müavinət ödənişləri 26 675 qız və 30 305 oğlan uşağına görə həyata keçirilib.

Beləliklə, oğlan uşaqlarının sayı qızlardan 3 630 nəfər çox olub.

Cəfərli bu göstəricinin Azərbaycanda selektiv abort probleminin hələ də yüksək səviyyədə olduğunu göstərdiyini bildirib.

“Bir sözlə, Azərbaycan ‘demoqrafik quyuya’ düşür-düşəcək. Bu gün məsələni problem kimi görüb həll yolları təklif və qəbul edə bilməsək, cəmi 10-15 ildən sonra demoqrafik böhran, təqaüd ödənişləri böhranı ilə paralel olaraq dərinləşəcək”, – deyə Natiq Cəfərli vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar