Ru
13:03 / 30 Dekabr 2025

“Azərbaycan futbolu məni təəccübləndirdi” – “Qəbələ”nin legioneri

“Azərbaycan futbolu məni təəccübləndirdi” – “Qəbələ”nin legioneri
Eye

Monteneqrolu 28 yaşında müdafiəçi Eduardo Kunde dördüncü legionerliyini Azərbaycanın “Qəbələ” klubunda keçirir.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki. Yaponiya, Bolqarıstan və İndoneziyada oynadıqdan sonra Kunde Azərbaycanın futbol mühitini yüksək qiymətləndirir. Müdafiəçi yerli liqanın texniki və taktiki səviyyəsini çox güclü və yaxşı təşkil olunmuş hesab edir.

Avqust ayında Azərbaycana gələn Kunde ölkəyə tez uyğunlaşdığını bildirib. Klubun xarici oyunçular üçün təqdim etdiyi şərait onu məmnun edib, əsas çətinlik isə ailəsindən uzaqda olmağıdır:

“Ailə əsasdır, ondan güc alırıq və davam edirik. Dil və mədəniyyət məsələləri artıq mənim üçün problem deyil, amma ailədən uzaq olmaq çətindir”.

O, Azərbaycan futbolunu Yaponiya, Bolqarıstan və İndoneziya ilə müqayisə edərək, yerli komandaların həm topa sahib olma, həm sürətli hücumlar, həm də komanda təşkilatı baxımından çox yaxşı səviyyədə olduğunu bildirib: “Azərbaycan komandaları yüksək səviyyədədir, oyunçuların hazır olması lazımdır ki, yaxşı çıxış etsinlər. Liqa məni çox təəccübləndirdi”.

“Qəbələ” 2025-ci ili milli çempionatda sonuncudan əvvəlki yerdə başa vurub, lakin Azərbaycan Kubokunda artıq ilk iki mərhələni keçərək Avropa Liqasında şansını davam etdirir. Kunde komandanın əsas məqsədinin kuboku qazanmaq olduğunu bildirib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar