Ru
10:00 / 27 Fevral 2026

“Azərbaycan Gürcüstana 3,1 milyard sərmayə qoyub” – Gürcü nazir

“Azərbaycan Gürcüstana 3,1 milyard sərmayə qoyub” – Gürcü nazir
Eye

Azərbaycan Gürcüstan iqtisadiyyatına ümumilikdə 3,1 milyard ABŞ dollarından çox investisiya yatırıb. Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Məryəm Kvrivişvili Kaxetidə keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda məlumat verib.

Bakupost.az xəbər verir ki, nazirin sözlərinə görə, Gürcüstan regionda əsas ticarət tərəfdaşları və investorlar üçün mühüm platformaya çevrilməkdə davam edir. O bildirib ki, 2025-ci ildə Türkiyə Gürcüstanın birinci ticarət tərəfdaşı olub. Azərbaycan isə ölkənin ən böyük iqtisadi tərəfdaşları sırasında yeddinci yeri tutub.

Məryəm Kvrivişvili Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakter daşıdığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında enerji, logistika və ticarət sahələrində əməkdaşlıq Cənubi Qafqaz regionunun inkişafına mühüm təsir göstərir.

Rəsmi Tiflisin mövqeyinə əsasən, Bakı ilə tərəfdaşlıq yalnız ikitərəfli iqtisadi əlaqələrlə məhdudlaşmır, eyni zamanda regionun enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və tranzit imkanlarının genişlənməsi baxımından da strateji əhəmiyyət kəsb edir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar