Ru
14:00 / 08 Oktyabr 2026

Azərbaycan İranın ən güclü sütunlarından biri olub - İran prezidenti

Azərbaycan İranın ən güclü sütunlarından biri olub - İran prezidenti
Eye

Bu gün Şəms Təbrizinin adı Azərbaycanla İran, İranla mənəviyyat, müdriklik və insanlıq arasında qırılmaz bağın daha bir halqasıdır.

"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Xoy şəhərində Azərbaycanın böyük sufi şairi Şəms Təbrizinin xatirəsinə ucaldılmış abidə və onun adını daşıyan mədəniyyət kompleksinin açılış mərasiminə ünvanladığı təbrikdə deyib.

Pezeşkian Azərbaycanın tarix boyu İranın ən güclü sütunlarından biri olduğunu bildirib.

“Bu arzu illər ərzində Xoy və Təbriz xalqının sevgisi və əzmi, tədqiqatçıların və sənətçilərin səyləri ilə yaşadılıb. Bütün hökumətlərə, xeyriyyəçilərə və bu kompleksdə ilk addımdan dizayn, maliyyələşdirmə, tikinti və tamamlanma mərhələsinə qədər rol oynayanlara səmimi qəlbdən təşəkkür edirəm”, - prezident vurğulayıb.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar