Ru
22:03 / 29 İyul 2026

Azərbaycan Kinematoqrafçılar İttifaqı LƏĞV olunur? - FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqı LƏĞV olunur? - FOTO
Eye

Azərbaycan Kinematoqrafçılar İttifaqı real ləğv təhlükəsi ilə üz-üzədir.


"Bakupost" Bizim.Media-ya istinadla xəbər verir ki, bunu İttifaqın İcraçı katib Əli İsa Cabbarov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sabaha elan edilmiş İdarə heyətinin iclasının yetərsayını süni bəhanələrlə pozmaq cəhdləri var.

Qeyd edək ki, Xalq artisti Rasim Balayevin vəfatından sonra may ayında təşkilatın ilk qurultayında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrlik postuna iki namizəd, Xalq artisti Şəfiqə Məmmədova və İttifaqın İcraçı katibi Əli İsa Cabbarov təqdim olunub.

Səs çoxluğu ilə Əli İsa Cabbarov sədr seçilib. Lakin sonradan Şəfiqə Məmmədova və onun tərəfdarları ikinci namizədə etiraz edərək bəyanat yayaraq konfransı baykot ediblər. Mətbuatda gedən məlumata görə, Əli İsa Cabbarovun sədrliyini Ədliyyə Nazirliyi də təsdiq etməyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar