Ru
18:08 / 23 İyul 2025

Azərbaycan nefti ilə bağlı problem aradan qalxdı - İxrac davam edir

Azərbaycan nefti ilə bağlı problem aradan qalxdı -  İxrac davam edir
Eye

"Azeri Light" markalı neftin tərkibində xlororqanik maddələrin normadan artıq olması ilə bağlı yaranmış problem artıq tamamilə aradan qaldırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin operatoru olan BP şirkəti bu barədə məlumalandırılıb və məsələ ilə bağlı lazımi tədbirlər görülüb.

Şirkət qeyd edib ki, hazırda Ceyhan limanına neftin yüklənməsi yalnız təhlükəsizliyi təsdiqlənmiş rezervuarlardan həyata keçirilir. Bundan əlavə, BTC neft kəməri ilə ixrac prosesi də fasiləsiz davam edir.

BP hal-hazırda kəmər boyunca yerləşən bütün obyektlərdə neftin keyfiyyətinin qiymətləndirilməsi prosesini aparır.

SOCAR-dakı iki mənbənin “Reuters”ə verdiyi məlumata görə, neftdə müşahidə olunan xlororqanik çirklənmə problemi artıq yoxdur və Türkiyənin Ceyhan limanından neft yükləmələri tam normal şəkildə davam etdirilir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar