Bu ilin yanvar-iyul aylarında Azərbaycan 172 milyon 264.47 min ABŞ dolları dəyərində pambıq ixrac edib.
"Bakupost" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur.
Hesabat dövründə ölkəyə idxal olunan pambığın dəyəri isə 6 milyon 39.37 min ABŞ dolları olub. Bu isə 2024-cü ilə nisbətən 6,6% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,89%-ni, idxal isə ümumi idxalın 0.06%-ni təşkil edib.