Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlardan sonra Qəzza sülh planını təqdim edib. Sənəddə HƏMAS-ın tamamilə tərksilah edilməsi, bütün girovların 72 saat ərzində azad edilməsi və bunun müqabilində minlərlə fələstinli məhbusun İsrail həbsxanalarından buraxılması, Qəzzanın idarəçiliyinin texnokratik “Fələstin Komitəsi”nə verilməsi və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi tələb olunur.
Bakupost.az xəbər verir ki, haqqın.az saytı Qəzza planının çoxmillətli sülhməramlı qüvvələrin formalaşdırılmasını nəzərdə tutduğu və bu qüvvələrin tərkibinə BƏƏ, Səudiyyə Ərəbistanı və Azərbaycandan olan bölmələrin daxil edilə biləcəyi barədə məlumat yayıb.
Lakin buna, baxmayaraq ki, hələlik məlumatın rəsmi təsdiqi yoxdur.
Zaur, BakuPost