Ru
21:36 / 08 Aprel 2026

Azərbaycan sahilində bir sutkada 5 zəlzələ - Nə baş verir?

Azərbaycan sahilində bir sutkada 5 zəlzələ -  Nə baş verir?
Eye

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, son 24 saat ərzində Xəzər dənizinin Azərbaycan sahillərində beş zəlzələ qeydə alınıb.

Bakupost.az xəbər verir ki, 4,3 bal gücündə ilk zəlzələ çərşənbə axşamı 72 km dərinlikdə baş verib, çərşənbə səhəri təxminən 70 km dərinlikdə 5,3 bal gücündə daha güclü seysmik hadisə qeydə alınıb.

Seysmoloji xidmətin dəqiqləşdirdiyinə görə, gün ərzində daha üç təkan yerli vaxtla saat 13:05, 14:21 və 18:11-də baş verib.

Qeyd edək ki, bir gün ərzində 3 baldan yuxarı 5 zəlzələ, xüsusilə onlardan birinin 5 baldan, digərinin isə 4 baldan yuxarı olması narahatlıq yaradıb.

Ekspertlər isə Xəzər dənizi üçün bu cür zəlzələləri adi hal adlandırıblar.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar