Ru
12:31 / 01 Noyabr 2025

Azərbaycan səhiyyəsi üçün dəyərli təyinat... - Turanə Rəsulova

Azərbaycan səhiyyəsi üçün dəyərli təyinat... - Turanə Rəsulova
Eye

“Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına direktor vəzifəsinə təyin olunan hörmətli həmkarım, uroloq–androloq, uşaq uroloqu Dr. Pərviz Hacıyevi səmimi qəlbdən təbrik edirəm. Bu təyinatı, təkcə bir kadr dəyişimi deyil, Azərbaycan səhiyyəsi və tibb elmi üçün strateji və son dərəcə düzgün qərar kimi qiymətləndirirəm”.

Bakupost.az xəbər verir ki, bunu anestezioloq-reanimatoloq Uzm.Dr. Turanə Rəsulova bildirib.

Onun sözlərinə görə, Pərviz Hacıyev həm elmi, həm də təşkilati fəaliyyətinə görə ölkəmizdə həkim nüfuzunu, peşəkar keyfiyyətini və akademik səviyyəsini layiqincə təmsil edən şəxsiyyətlərdəndir.

“Ankara Universitetində aldığı təhsil, Avropa Uşaq Urologiyası Cəmiyyətindəki (ESPU) fəaliyyəti, beynəlxalq elmi tədqiqatlarda iştirakı, kitab müəlliflikləri və xaricdə təqdim etdiyi elmi araşdırmalar bu gün onu təkcə bir mütəxəssis deyil, həm də Azərbaycan elminin beynəlxalq səviyyədə tanınan simalarından birinə çevirib.

Şəkildə gördüyünüz çıxış isə, Pərviz Hacıyevin Avropa Uşaq Urologiyası Cəmiyyətinin Təhsil Komitəsinin üzvü kimi Romada, İtaliyanın ən böyük uşaq xəstəxanasında – ölkəmizin birinci xanımı Mehriban Əliyevanın da ziyarət etdiyi tədris mərkəzində keçirdiyi beynəlxalq tədbirdəndir.


Bu, onun şəxsi nailiyyəti olmaqla yanaşı, həm də Azərbaycan tibbi elminin qlobal səviyyədə təmsilçiliyinin parlaq nümunəsidir. İnanıram ki, Pərviz Hacıyevin rəhbərliyi ilə Respublika Urologiya Mərkəzi qarşıdakı illərdə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Peşəkar yolunda uğurlar, hörmətli dostum və həmkarım!”,- deyə Turanə Rəsulova edib.

Bakupost.az


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar