Ru
10:59 / 03 Oktyabr 2026

Azərbaycan türk dünyası birliyinin gücləndirilməsinə sadiqdir...

Azərbaycan türk dünyası birliyinin gücləndirilməsinə sadiqdir...
Eye

3 Oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü kimi qeyd olunur. Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatı ortaq kök, dil, tarix və mədəni dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri arasında həmrəyliyin və strateji tərəfdaşlığın rəmzidir.

"Bakupost" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) paylaşımında bildirilib.

"Azərbaycan qardaş türk dövlətləri ilə birlikdə Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və ortaq gələcəyimizin daha da gücləndirilməsinə sadiqdir. Birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!", - məlumatda qeyd olunub.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar