Ru
22:19 / 15 İyul 2026

Azərbaycan və azərbaycanlılar Ukraynanı dəstəkləmir

Azərbaycan və azərbaycanlılar Ukraynanı dəstəkləmir
Eye

Azərbaycanın və azərbaycanlıların Ukraynaya dəstəyi ətrafında növbəti maraqlı müzakirələr gedir və Kremldən də buna reaksiyalar var.

Halbuki söhbət Ukraynanın və ukraynalıların müdafiə edilməsindən getmir və yaxud getməməlidir; söhbət ədalətin yanında olmaqdan, güclü dövlətlərin rahatlıqla çeynədiyi beynəlxalq hüququn qorunmasından, vicdandan, prinsiplərdən gedir.

Ukrayna təcavüzə məruz qalan, bütün dünya dövlətləri (o cümlədən Rusiya) tərəfindən tanınan ərazisi işğal edilən, dinc sakinlərinə, mülki infrastrukturuna hücum edilən bir ölkədir.
Azərbaycanlılar heç bir ölkənin torpaqlarının işğalını qəbul edə bilməz - çünki öz torpaqlarının 20 faizi 30 il işğal altında qalıb.

Ukrayna ərazisinin 20 faizi işğaldadır.

Azərbaycanlılar heç bir ölkənin insanlarının kütləvi şəkildə qaçqın və köçkün olmasını istəməz, çünki bir milyondan çox (7 milyonluq əhalinin) qaçqın-köçkünü olub və o ağrıları hazırda yaşamağa davam edir;

Ukrayna xalqının 25%-dən çoxu (10 milyona yaxını) qaçqın-köçkündür.

Azərbaycanlılar mülki əhalinin qətliamını qəti surətdə pisləyirlər, çünki ən dəhşətlisini, Xocalı soyqırımını yaşayıblar.

Ukrayna xalqı da İrpendə qətliam yaşadı.

Azərbaycanlılar işğal altında olan torpaqların necə viran qoyulduğunu, mina ilə necə çirkləndiyini yaxşı bilir;

Azərbaycanlılar işğal edilən şəhər-kəndlərin Yer üzündən necə silindiyini də çox gözəl bilir - çünki yaxın tarixdə bunu yaşayıb və o silinən kəndləri tam şəkildə bərpa etməyin mümkünsüzlüyünü də anlayır...

Yəni azərbaycanlılar haqlı olanın yanındadır, güclü olanın deyil!

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar