Ru
10:44 / 07 Noyabr 2025

Rusiyalı deputatdan kinayəli açıqlama: “Azərbaycan və Türkiyə ordusu...” –

 Rusiyalı deputatdan kinayəli açıqlama: “Azərbaycan və Türkiyə ordusu...” –
Eye

Azərbaycanın NATO standartlarına keçidi çoxdan müəyyənləşdirilib.

Bakupost.az “Lenta.ru”-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulın bildirib.

O, Azərbaycanın hərbi sahədə NATO standartlarına keçmək qərarını şərh edib.


Deputat açıqlamasında bu addımın gözlənilməz olmadığını bildirib. Onun sözlərinə görə, Bakı ilə Alyans arasındakı əməkdaşlıq artıq uzun müddətdir Türkiyə vasitəsilə həyata keçirilir.

“Faktiki olaraq Azərbaycanın Türkiyə ilə ortaq ordusu və birgə komandanlığı, həmçinin hərbi-siyasi ittifaqı mövcuddur. Buna görə də Azərbaycanın NATO standartlarına keçməsi barədə bəyanatına təəccüblənməyə əsas yoxdur”, – deyə Zatulın vurğulayıb.

Deputat əlavə edib ki, Azərbaycan artıq uzun müddətdir Rusiyadan asılı olmayan müdafiə və siyasi xətt yürüdür, Prezident İlham Əliyevin son bəyanatı isə illərdir praktikada mövcud olan vəziyyəti sadəcə, rəsmi şəkildə təsdiqləyib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar