Ru
15:13 / 20 May 2026

Azərbaycan vətəndaşlarının Gürcüstana girişinə icazə verildi - RƏSMİ

Azərbaycan vətəndaşlarının Gürcüstana girişinə icazə verildi - RƏSMİ
Eye

Mayın 25-i saat 00:00-dan dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycanla Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.

Bakupost.az xəbər verir ki, bu bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.

Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycanla Gürcüstan arasında sərnişin daşımalarına icazə verilməsi ilə bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara da müvafiq dəyişiklik edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar