Ru
09:51 / 16 Oktyabr 2026

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi
Eye

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

"Bakupost" xəbər verir ki, bu barədə nazirlik X hesabında paylaşım edib.

"Pakistanın qardaş xalqına Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verir və səmimi təəssüfümüzü bildiririk. Həyatını itirənlərin ailələrinin kədərini bölüşür, bu faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk", - paylaşımda bildirilib.

Qeyd edək ki, Pakistanın Peşəvər şəhərinin Dir-Koloni rayonunda özəl məktəbin damının uçması nəticəsində ən azı 34 şagird və 1 müəllimə həlak olub.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar