Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə
"Bakupost"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6% azdır.
Gələnlərin 27,1%-i Rusiya Federasiyası, 19,4%-i Türkiyə, 7,7%-i İran, 4,9%-i Gürcüstan, 4,5%-i Qazaxıstan, 3,7%-i İsrail, 3,5%-i Pakistan, 3,1%-i Özbəkistan, 2,8%-i Çin, 2,6%-i Hindistan, 2,4%-i Səudiyyə Ərəbistanı, 1,6%-i Ukrayna, 1,3%-i Türkmənistan, hər birindən 1,1% olmaqla Almaniya və Böyük Britaniya, 1%-i Belarus, 12,2%-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,8%-ni kişilər, 33,2%-ni qadınlar təşkil edib.
2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2026-cı ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1% artaraq 94,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3% artaraq 699 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 32% azalaraq 218,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 5,5% azalaraq 820,3 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5%-i hava, 25,2%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.