Ru
22:33 / 01 İyul 2026

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü
Eye

Ermənistanda yol-nəqliyyat hadisəsi zamanı yanaraq külə dönən avtomobildə 4 nəfərin meyiti aşkar edilib.

"Bakupost" Modern.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən şəxslərin Ermənistanın terrorçu "Yerkrapа" qruplaşmasının üzvləri olduğu məlum olub.

Araşdırmalar zamanı onların vaxtilə Azərbaycana qarşı aparılan işğalçı müharibələrdə və hərbi əməliyyatlarda fəal iştirak etdikləri müəyyən edilib.

Hadisənin təfərrüatları və qəzanın başvermə səbəbləri barədə yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə iyunun 29-da səhər saat 04:50 radələrində Ovşar kəndi yaxınlığında qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar