Ru
21:17 / 06 Mart 2026

Azərbaycana xəyanət edən xainlər...

Azərbaycana xəyanət edən xainlər...
Eye

Azərbaycan tarixinə nəzər salanda içimizdə olan xəyanətlərin sayı-hesabı yoxdur. Tomrisin oğlu xəyanət nəticəsində Kirin əlinə keçdi, Babək xəyanət nəticəsində əsir düşdü, Cavanşir knyazların xəyanəti nəticəsində öldürüldü, Atabəylər xəyanət nəticəsində dağıldı, Baharlı və Bayandur dövlətləri, Səfəvi dövləti və Nadir şah xəyanətin qurbanı oldu. Şah Qacar xəyanət nəticəsində qətl edildi, Gülüstan və Türkmənçay xəyanət nəticəsində imzalandı.

Xanlıqlar xəyanət nəticəsində dağıldı, Cümhuriyyət xəyanət nəticəsində Rusiyanın işğalına məruz qaldı, repressiyaların qurbanı bir-birinə dost deyənlərin xəyanəti nəticəsində belə hal haldı, Birinci Qarabağ müharibəsində xəyanət nəticəsində məğlub olduq, 44 günlük müharibə dövründə də kifayət qədər xəyanətlər baş verdi...

Bu günün özündə də Rusiya, İran və digər dövlətpərəstlər, məhzəbçilər açıq-aşkar xəyanətlə məşğuldurlar. Sosial mediada vətənlərinə sadiq olanları sayca ötüb keçən bu xainləri tariximizin bütün dövrlərindən indiyə qədər kimlər yedizdirir, içizdirir, yetişdirir? Bunlar hardan çıxır? Bunlar harda yetişir?

Bunları kimlər əkir? Kimlər doğur?

Tarix boyu bu qədər xainin olmasının nə səbəbi var? Zavod var ki, bunları orda istehsal edirlər, yoxsa hansısa bir laboratoriya var? Hansısa mərkəz var ki, əsrlərdir bunları belə olmağa yönləndirir?
Əgər əsrlərdir belə davam edirsə, burda ciddi düşünmək lazımdır. Niyə bu qədər xəyanətlər edən insanlar məhz bizdə çoxluq təşkil edir?
Kasıblıq, aclıq, yoxsa varlanmaq hərisliyi? Bir insan başa düşmür ki, hansısa “pərəst” olub vətənin maraqlarını aşağı tutmaq biqeyrətliyin pik nöqtəsidir?

Nədir də bunun səbəbi?

Heç bir sosial status, vəziyyət və şərait öz dövlətinə, millətinə, xalqına xəyanətə səbəb ola bilməz. Beş il artıq yaşamaq dəyər bu xəyanətlərə?

Beş manat artıq pul dəyərmi dövlətinə xəyanətə? İnsan ömrünün sonu onsuz da qısadır. Beş il əskik, beş il artıq. Lakin bu ömrü biqeyrət yaşamağa dəyərmi?

Bunun sadəcə bir adı var: “Zatıqırıqlıq” deyirlər buna. “Qeyrətsizlik” deyirlər buna.

Allah bizi bunlardan qorusun, düşmənlər ilə özümüz bacarırıq.

Zaur Əliyev,
Tarixçi alim


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar