Ru
10:51 / 07 Avqust 2026

Azərbaycanda 10 min manat maaşla işçi axtarılır

Azərbaycanda 10 min manat maaşla işçi axtarılır
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.

"Bakupost" xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Qeyd olunan vakansiyalar üzrə ən yüksək əmək haqqı 10 000 manat, ən aşağı əmək haqqı isə 400 manat təşkil edir.

"İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər. Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır", - məlumatda qeyd olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar