Ru
19:10 / 26 İyun 2026

Azərbaycanda 4 günlük iş həftəsi tətbiq oluna bilər - MÜHÜM DETALLAR

Azərbaycanda 4 günlük iş həftəsi tətbiq oluna bilər -  MÜHÜM DETALLAR
Eye

Yay aylarında işçilərin məhsuldarlığının artırılması və iş-həyat balansının yaxşılaşdırılması məqsədilə 4 günlük iş həftəsinin tətbiqi bir sıra ölkələrdə müzakirə və sınaq mövzusu olaraq qalır.

Bəs Azərbaycanda belə bir modelin tətbiqi real görünürmü?

Bakupost.az bildirir ki, mövzunu Konkret.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırkı əmək bazarı şəraitində 4 günlük iş həftəsinə keçid asan deyil.

Onun sözlərinə görə, Azərbaycanda büdcə təşkilatlarında çalışanların sayı kifayət qədər çoxdur və yay aylarında əməkdaşların əhəmiyyətli hissəsi məzuniyyətdə olur.

“4 günlük iş həftəsinə keçmək Azərbaycanın əmək bazarı reallığında asan məsələ deyil. Çünki ölkədə büdcə təşkilatlarında çalışanların sayı çoxdur və onların bir hissəsi yay məzuniyyətində olur. Dövlət qurumları – nazirliklər, müxtəlif dövlət idarələri belə bir modeli öz daxili qərarları ilə tətbiq edə bilərlər. Lakin özəl sektordan bunu tələb etmək mümkün deyil. Özəl sektor fəaliyyətini gəlirlilik prinsipi əsasında qurur. Buna görə də hər hansı təşviq mexanizmi olmadan və ya əlavə imkanlar yaradılmadan onları 4 günlük iş rejiminə keçirməyə məcbur etmək əmrlə mümkün deyil”, – deyə iqtisadçı vurğulayıb.

Natiq Cəfərlinin fikrincə, Azərbaycanda 4 günlük iş həftəsinin geniş tətbiqi üçün ilk növbədə iqtisadi əsaslandırma, məhsuldarlığın artırılmasına yönəlmiş mexanizmlər və işəgötürənlər üçün stimullaşdırıcı tədbirlər hazırlanmalıdır. Əks halda, bu modelin həm dövlət, həm də xüsusilə özəl sektorda geniş şəkildə tətbiqi çətin görünür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar