Ru
13:00 / 18 İyun 2026

Azərbaycanda bu klubun adı dəyişdirilir

Azərbaycanda bu klubun adı dəyişdirilir
Eye

Hazırda "Səbail"də maliyyə vəziyyəti stabildir. Güclü heyət formalaşdırmaq üçün fəaliyyətimiz davam edir. Qarşıya qoyulan əsas məqsəd çempionluq və Premyer Liqaya yüksəlməkdir.

Bakupost.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycan Birinci Liqasında mübarizə aparan "Səbail" klubunun yeni prezidenti Mirzə Bayrampur deyib.

"ASCO Arena və Quba şəhər stadionu ilə bağlı danışıqlar aparılır. Bu prosesdə AFFA ilə də müzakirələr davam edir. Əgər Quba stadionu ilə bağlı məsələlər müsbət həllini tapsa, klub fəaliyyətini həmin şəhərdə davam etdirəcək. Belə olan halda, komandanın adı da dəyişdirilərək "Quba" olacaq. Əks halda, qarşıdakı mövsümdə ev oyunlarımızı ASCO Arenada keçirəcəyik. Bununla bağlı danışıqlar yekun mərhələdədir. Lakin planımız növbəti mövsümdən etibarən "Quba" adı altında fəaliyyət göstərməkdir", - o əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar