Ru
17:27 / 22 Avqust 2026

Azərbaycanda bu məhsullar BAHALAŞIB

Azərbaycanda bu məhsullar BAHALAŞIB
Eye

2026-cı ilin iyul ayında Azərbaycanda süd və süd məhsulları, yumurtanın qiyməti ötən ilin eyni ayı ilə müqayisədə 10,3 faiz artıb.

"Bakupost" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, illik müqayisədə ət və ət məhsulları 7,7 faiz, balıq və balıq məhsulları isə 7,5 faiz bahalaşıb.

İyun ayı ilə müqayisədə süd və süd məhsulları, yumurtanın qiyməti 0,8 faiz, ət və ət məhsullarının qiyməti 0,5 faiz artıb. Balıq və balıq məhsullarının qiyməti isə 0,1 faiz azalıb.

Müqayisə üçün bildirək ki, 2026-cı ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən süd və süd məhsulları, yumurta 10,3 faiz, balıq və balıq məhsulları 8,3 faiz, ət və ət məhsulları 8,2 faiz bahalaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar