"Bu tip mənzillərin sayı çox deyil. Xüsusən söhbət yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan mənzillərdən gedir. Bu evlərin böyük bir qismi əvvəlki illərdə inşa edilmiş köhnə tikililərdə yerləşir".
“Bakupost” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, burada əhatə olunan kateqoriyalar da kifayət qədər məhduddur: "Söhbət əsasən birinci qrup əlilliyi olan şəxslərdən, şəhid ailələrindən və qazilərdən gedir. Nəzərə almaq lazımdır ki, şəhid ailələrinin və qazilərin mənzil təminatı dövlət tərəfindən həyata keçirilir. Bu istiqamətdə məsul qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirlik tərəfindən şəhid ailələrinin və qazilərin mənzil təminatı ilə bağlı mənzil fondu formalaşdırılıb və proses hazırda da davam edir. Ötən müddət ərzində kifayət qədər çox sayda şəhid ailəsi və qazi mənzillə təmin olunub.
Yerli icra hakimiyyəti orqanları isə nisbətən aztəminatlı və əlilliyi olan şəxslərə öz sərəncamlarında olan mənzilləri təklif edə bilərlər. Lakin burada söhbət məhdud sayda mənzildən gedir. Həmin mənzillərin böyük bir hissəsi əvvəlki illərdə də vətəndaşlara təklif olunub və hazırda orada yaşayan şəxslər var.
Pulsuz, yəni heç bir ödəniş etmədən mənzil almaq hüququ isə qanunvericilikdə müəyyən edilmiş kateqoriyalara şamil olunur. Bu kateqoriyalara şəhid ailələri, qazilər, birinci qrup əlilliyi olan şəxslər, eləcə də Çernobıl qəzası nəticəsində əlilliyi yaranmış vətəndaşlar daxildir".
İsmayıllı rayonu İcra Hakimiyyətində illərdir ki Mənzil növbəsindəyəm. Özümdə 1-ci dərəcəli Əliləm. Gedirəm İcra Hakimiyyətinə mənə deyirlər ki Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev verilir. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə müraciət edirəm deyirlər ki yerli icra hakimiyyəti tərəfindən mənzil verilməlidir sizə. Qalmışam bu iki qurumun arasında. Özümdə ailəliyəm kirayədə yaşayıram.
Mın 19 il uşaq evində bpyüdüm heçkimim yoxdur,dövlət bəzi uşaq evindən çıxanlara ev verdi Mən isə illərdi ev üçün çalışıram.Ədalətli dünya
Bu proses e-hökumət vasitəsilə online qaydada niyə təqdim edilmir? Üzbəüz müraciət zamanı İcra orqanlarının özbaşınalıq, rüşvət tələb etmə, qəstən yubatma halları olur. Elektron qaydada, şəffaf təşkil olunsa proses ehtiyacı olan yararlana bilər bəlkə. Yoxsa ehtiyacı olmayan verib rüşvətin oraları da zəbt edir.
Gör bu vətən müharibəsinde iştirak etmiş veteranlara haçan baxılacaq vallah elə veteran var ki qazı dən də yaman gündədir nolar bu veteranlara da baxılsa yaxşı olardı O da vətən uğrunda canından keçib nolsun ki şikest olmayıb
1 ci qrup ümumi əllilliyi olan şəxslərə aiddir
Salam! Birinci Garabağ müharibənin gazilərinə, aidiyyəti var, bu sərancamın?
İcra hakimiyyətinə gedirik növbəyə almırlar
salam bəs bu 44 günlük Vətən Müharibəsində canından keçənlərə nə vaxt veriləcək zəhmət deyilsə bu barədədə deyərdiz. Veteranlara ev veriləcək yoxsa 80 manatla özümüzə ev tikək