Xəbər verdiyimiz kimi, Prezidentin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktının icrasına başlanılıb və bu proses davam edir.
Ümumilikdə 20 min şəxsə aid ediləcək amnistiya aktının icrası 4 ay ərzində icra edilməlidir.
Ədliyyə Nazirliyindən bildirilib ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə penitensiar müəssisələr üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.
Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır. Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.
Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.
Bəs azadlığa çıxan məhkumlara nə qədər pul veriləcək?
Bakupost.az xəbər verir ki, bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verildiyi bildirilib. Hazırda həmin müavinətin məbləği 1600 manatdır.
Bəs cəza çəkməkdən azad edilmiş şəxslər bu məbləği almaq üçün hara müraciət etməlidir? Tələb olunan sənədlər hansılardır?
Qurumdan verilən məlumata görə,qeyd olunan müavinətin təyin olunması üçün şəxs həmin hüququn yarandığı tarixdən sonra yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə aşağıda qeyd olunan sənədlərlə müraciət edə bilər:
• Şəxsiyyət vəsiqəsinin surəti (vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti);
• Azadlıqdan məhrumetmə cəzasına məhkum olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surəti;
• Cəza çəkməkdən azad edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı;
• Məhkəmənin qanunvericiliklə müəyyən edilmiş əsaslarla şəxsin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzanı çəkməkdən azad edilməsi barədə qərarının surəti.
Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan müavinəti ala bilər.
Menim ucuncu mehkumlugumdu axrinci mehkumlugum 2019 ci ilde azad olmusam ve sosiyal muavimet almisam..2022 yene mehkum oldum ve 2026 cixdim..mene deyiller ki sen bir defe almisan ve sene dusmur.men 3 ilden sonra yani 2019 cixib 2022 mehkum olmusam...tekrar emel deyil..men indi nece yawayim hec kimim yoxdu.Evimde yox adaptasiya olmaqa komek isteyirem.Menim imkanim yoxdu qalmaga evim yemeye pulum ve geyimim yoxdu bes men nece edim..Kimden komek isteyim? Dovletimiz bize borclu deyil sadece bir ehtiyaci olan vetendaw kimi xaiw edirem ki,mene komek etsin..Ev kiraye tutum dolanmaqa ve yemey geyim ucun mene yardim etsin xaiw edirem ..
Mən sənədləri sosial müdafiəyə vermişəm amma mənə deyilir ki bu sizə düşmür niyə onuda açıqlayırlar zəhmət olmasa bu barədə mənə açıqlama verəsiniz
Pul kocmuyub hele
Dusdaq pulu
sosiyal yardim
dusdaq pulu