Ru
12:38 / 30 Sentyabr 2026

Azərbaycanda bu şəxslərə viza almaq DAHA ASAN OLACAQ

Azərbaycanda bu şəxslərə viza almaq  DAHA ASAN OLACAQ
Eye

Milli Məclisin bu gün baş tutan iclasında Miqrasiya Məcəlləsinə təklif edilən yeni dəyişiklik layihəsi müzakirə olunub. Layihəyə əsasən, ölkəmizdə rəqəmsal səyyahlara işgüzar səfər vizasının verilməsi nəzərdə tutulur.

"Bakupost" xəbər verir ki, sənəddə xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs olan rəqəmsal səyyah anlayışı da dəqiqləşdirilib. Bu kateqoriyaya rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində fəaliyyətini İKT vasitəsilə distant (uzaqdan) icra edən və gəlirlərini xarici mənbələrdən qazanan şəxslər daxildir.

Yeniliyə əsasən, rəqəmsal səyyahlara işgüzar viza rəsmiləşdirilərkən dəvət edən tərəfin xüsusi vəsatəti və səfər səbəbini təsdiq edən sənədin təqdim edilməsi tələb olunmayacaq.

Təklif olunan dəyişikliklər təsdiqlənəcəyi təqdirdə 1 yanvar 2027-ci ildən etibarən hüquqi qüvvəyə minəcək.

Qanun layihəsi deputatlar tərəfindən səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar