Azərbaycanda kolleclərin fəaliyyətində dəyişikliklərin edilməsi məsələsi gündəmə gəlib. Belə ki, bəzi kolleclərin profilinə uyğun universitetlərin tərkibinə daxil edilməsi, ehtiyac olmayan digər kolleclərin isə ləğvi nəzərdə tutulur.
Bu qərar hansı zərurətdən yarandı? Tələbələrin taleyi necə olacaq?
"Bakupost"xəbər verir ki, globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, kolleclərin yenidən təşkili məsələsinə yalnız təhsil müəssisələrinin birləşdirilməsi və ya ləğvi kimi yanaşmaq düzgün deyil:
“Burada əsas məqsəd orta ixtisas təhsilinin keyfiyyətini yüksəltmək, mütəxəssis hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və mövcud təhsil resurslarından daha səmərəli istifadə etməkdir. Eyni profilli kollecin müvafiq universitetin tərkibində fəaliyyət göstərməsi tədris proqramlarının uyğunlaşdırılmasına, laboratoriya və maddi-texniki bazadan birgə istifadəyə, tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlarının inkişafına şərait yarada bilər. Digər tərəfdən, bəzi kolleclərdə tələbə sayının azalması, ixtisaslara tələbatın dəyişməsi və kadr hazırlığının müasir ehtiyaclarla uzlaşması məsələləri də bu cür struktur dəyişikliklərini gündəmə gətirən amillər sırasındadır”.
Deputat bildirib ki, bu prosesdə əsas məsələlərdən biri tələbələrin gələcəyidir:
“İnanıram ki, heç bir tələbə kənarda qalmayacaq və onların təhsillərini başa vurmaları üçün müvafiq şərait yaradılacaq. Kolleclərin yenidən təşkili tələbələrin təhsil hüquqlarına xələl gətirməməli, onların indiyədək əldə etdikləri nəticələr və gələcək planları nəzərə alınmalıdır. Eyni zamanda, müəllimlərin əmək hüquqlarının qorunması və bölgələrdə yaşayan gənclərin təhsilə əlçatanlığının təmin edilməsi də diqqətdə saxlanılmalıdır. Əsas məqsəd təhsil sistemini müasirləşdirməklə yanaşı, tələbələrin maraqlarını qorumaq və onların gələcəyə inamını gücləndirməkdir”.
Baş örtüsünü ləgv eləmək düzgün deyil. Bunun cox pis nəticələri olacaq.
Vahid məktəbli formasına keçməyi; istər şagirdlər olsun; istərsədə müəllim bə müəllimələr olsun burda nə xoşagəlməz iş var? Niyə görə ölkədə əmin amanlığı; sakitliyi pozursunuz? Qaldı hicaba; başı bağlamaq tərbiyə deməkdir bəyəm?
Tarixən kiçik ibtidai-insan icması sayılan Yer üzü İnsan camiləri bu gün Milyard yarımlıq Birilərinin digərləri ilə qarşılışqlı-hüquqi (nizamla) ailələlər və istehsal fəaliyyəti münasibətlərində yaşayan Hindistan və Çin Xalq respublikası kimi Böyük Dövlətlər mədənsə, dəfələrlə kiçik Ermənistan-Azərbaycan, böyük Rusiya-Ukrayna, Güclü ABŞ-İran münasibətləri yetəri Siyasi-Hüquqi toxunulmazlıq nümünəsi kimi qəbul edilmirlər?