Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat portalı vasitəsilə daha 3 beynəlxalq rəqəmsal xidmət təchizatçısının vergi uçotuna alınması başa çatıb.
Yeni qeydiyyata alınmış şirkətlər Niderlandın “Zoho Corporation B.V.”, ABŞ-nin “Zoom Communications, Inc.” və “OpenAI OpCo, LLC” şirkətləridir.
Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
Bəs bu dəyişiklik istifadəçilərin ödədiyi məbləğlərə necə təsir edəcək? “ChatGPT”, “Zoom” və digər rəqəmsal xidmətlərin qiyməti arta bilərmi?
Dövlət Vergi Xidmətindən
"Bakupost"un sorğusuna cavab olaraq bildirildi ki, qeyri-rezident rəqəmsal xidmət təchizatçıları tərəfindən istifadəçilər üçün müəyyən edilən xidmət haqları şirkətlərin daxili qiymət siyasəti əsasında formalaşdırılır.
“Bu baxımdan, sözügedən dəyişikliklərin istifadəçilərin ödədiyi məbləğlərə mümkün təsiri hər bir şirkətin daxili qiymət siyasətindən asılı olacaq”, - deyə DVX-dən qeyd olunub.
Lalə, BakuPost