Ru
18:25 / 19 Oktyabr 2026

Azərbaycanda COVID yayılır - Ginekoloqdan xəbərdarlıq - VİDEO

Eye

“Əziz hamilələr, diqqətli olun! COVID və qrip yenidən yayılıb".

“Bakupost” xəbər verir ki, bunu ginekoloq Günel Ziyadova bildirib.

Həkim insanlara qrip əlamətləri olan şəxslərlə təmasdan çəkinməyi və peyvənd olunmağı tövsiyə edib.

G.Ziyadova qeyd edib ki, Amerika Mamalıq və Ginekologiya Kollecinin (ACOG) 2026-cı il üçün tövsiyələrinə əsasən, hamilələr inaktivləşdirilmiş qrip peyvəndi ilə yanaşı, COVID əleyhinə peyvənd də oluna bilərlər:

"Nə qrip, nə də COVID peyvəndlərinin hamiləlik dövrü üçün heç bir zərəri yoxdur. Əksinə, hamiləlik zamanı immun sistemində baş verən dəyişikliklər səbəbindən bu infeksiyaları daha ağır keçirə bilərsiniz. Nəticədə xəstəxanaya yerləşdirilmə zərurəti yarana, hətta vaxtından əvvəl doğuş baş verə bilər".

Lalə, BakuPost



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar