Ölkədə ən yüksək orta maaş mədənçıxarma sənayesi sahəsində qeydə alınıb.
"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında göstərilir.
Qeyd olunur ki, bu məbləğ 4207.2 manat təşkil edib.
Maliyyə-sığorta sahələrində çalışanların orta əməkhaqqısı 3102.1 manat olmaqla siyahıda ikinci, informasiya-rabitə sahələrində isə 2130.2 manat olmaqla üçüncü yerlərdə qərarlaşıb.
Ən aşağı ortaaylıq əməkhaqqı isə 749 manat olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb.