Ru
12:12 / 11 İyun 2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur
Eye

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb.

Bakupost.az xəbər verir ki, bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ilk dəfə diaqnoz qoyulan xəstələrin 6 787-si kişi, 8 357-si isə qadın olub.

Ayrı-ayrı lokalizasiyalar üzrə ilk dəfə qeydə alınan xəstələrin sayı ağız boşluğu və udlaq xərçəngi üzrə 237, dodaq xərçəngi üzrə 21, qida borusu xərçəngi üzrə 463, mədə xərçəngi üzrə 1 392 nəfər təşkil edib.

Bundan başqa, düz bağırsaq, onunla siqmavari bağırsağın birləşməsi və anus nahiyəsinin bədxassəli yenitörəmələri ilə bağlı 832, qırtlaq xərçəngi üzrə 199, traxeya, bronx və ağciyər xərçəngi üzrə 1 480, süd vəzisi xərçəngi üzrə 2 928, dərinin melanoması üzrə isə 47 nəfər ilk dəfə qeydiyyata alınıb.

Bu göstəricilər hər gün orta hesabla 41 nəfərə xərçəng xəstəliyi diaqnozu qoyulur.

Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli yenitörəməli xəstələrin ümumi sayı 74 004 nəfər olub.

Qeydiyyatda olan xəstələrin 28 026-sı kişi, 45 978-i qadındır.

Yaş qrupları üzrə qeydiyyatda olan xəstələrin 952-si 0-17 yaş, 1 603-ü 18-29 yaş, 5 797-si 30-39 yaş, 32 452-si 40-59 yaş, 33 200-ü isə 60 və yuxarı yaş qrupuna aid olub.

Şərhlər
  • B.Süni Zəka, ya Rəqəmsal fakt

    Tədqiqatlar statistikası əsasən hansı səbəblərin yüksək ehtimalını verir? Mədə-bağırsaq və nəfəs yolları daha çox Ukraynanın Çernobılından daşınan ərzaq, cüzi də olsa vurulmuş İran nüvə mərkəzlərinin radiasion şüaları və çoxsaylı neft-qaz quyular Abşeron-Xəzər, Bakı zonasında havaya sızan dəm qazının normadan 3-5?yil, 35-40% yüksək olma ehtimalları yoxmu? Elə həmin orqanlar və ağız boşluqları xəstəliləri Covid-19 virusuna qarşı Beynəlxalq Səhiyyə təşkilatının beə vətəndaşları kosmetik-parfüm və güclü-ətir vasitələrindən imtina tövsiyələri bəyanatlarına rast gəlməmişəm?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar