Ru
12:15 / 30 Noyabr 2021

Azərbaycanda hərbi helikopter qəzaya uğradı: ölənlər var - YENİLƏNİB

Azərbaycanda hərbi helikopter qəzaya uğradı: ölənlər var -  YENİLƏNİB
Eye

"“Qaraheybət” aviasiya poliqonunda planlı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib".

Bakupost.az xəbər verir ki, bunu APA-ya Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev bildirib.

DSX-nin rəisi müavini deyib ki, qəza nəticəsində həlak olanlar və yaralananlar var: "Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb".



***

12:15


Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğu birgə məlumat yayıb.


Bakupost.az xəbər verir ki, məluamdta deyilir:

"Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar