Ru
13:15 / 08 Sentyabr 2026

"Azərbaycanda ilk dəfədir 15 yaşlı qızların nəticələri..."

"Azərbaycanda ilk dəfədir 15 yaşlı qızların nəticələri..."
Eye

Azərbaycanda ilk dəfədir qızlar oxu üzrə oğlanları qabaqlayır.

"Bakupost" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025-Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə dair təqdimatda deyib.

Nazir qeyd edib ki, PISA nəticələrində dünyada, o cümlədən bir çox inkişaf etmiş ölkələrdə oxu üzrə qızların nəticələri adətən oğlanlardan daha yüksək olur. Azərbaycanda isə bu il ilk dəfə belə bir mənzərə ilə qarşılaşırıq:

“15 yaşlı qızların oxu nəticələrində oğlanları qabaqladığını görürük. Bu, sadəcə statistik göstərici kimi qəbul edilməməli, səbəbləri ayrıca araşdırılmalıdır. Bu nəticə bizi ciddi şəkildə düşündürməlidir. Sual yaranır: niyə 15 yaşında qızlar oxu üzrə oğlanlardan daha yüksək nəticə göstərirlər? Bu, valideynlər, məktəblər və ümumilikdə oğlanların təhsili və təlimi ilə bağlı düşünməli olduğumuz məsələlərdən biridir”.

Emin Əmrullayev əlavə edib ki, oğlanların oxu və öyrənmə nəticələrinin necə yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar