Ru
21:20 / 05 Mart 2026

Azərbaycanda internetə çıxışda problem: KATV1 yenə “kəsildi”

Azərbaycanda internetə çıxışda problem: KATV1 yenə “kəsildi”
Eye

Azərbaycanda istifadəçilər üçün xüsusilə vacib olan bu gündə KATV1 provayderi növbəti dəfə abunəçilərini məyus edib.

Bakupost.az xəbər verir ki, KATV1 abunəçiləri saatlardır internetə çıxışda əziyyət çəkirlər, az qala hər dəqiqədən bir internet bağlanır və çətinlik yaşanır.

Provayderin 127 qaynar xəttinə zəng isə cavablandırılmır.

Qeyd edək ki, Azərbaycanda internet xidmətləri bir müddət öncə qiyməti artırmışdı. Buna baxmayaraq, internet xidmətindən heç bir yenilənmə və irəliləyiş baş vermədi.

Provayderlər içərisində ən çox şikayət edilənlərin başında isə KATV1 gəlir. Bu provayder ay ərzində ən azı 5 gün abunəçilərini internetsiz qoyur.

Asena,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar