Ru
20:30 / 16 İyul 2026

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər
Eye

Son bir ildə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 13 faizdən çox, mobil internetin sürəti isə 36 faizədək artıb.


"Bakupost"un məlumatına görə, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib ki, genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” iyun ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,18 Mb/s, mobil internetin median sürəti isə 98,61 Mb/s olub. İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 10,82 Mb/s (13,3 faiz), mobil internetin sürəti 26,09 Mb/s (35,98 faiz) artıb.


İnkişaf etmiş şəhərlərin müqayisəsinə gəlincə, iyunda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,34 Mb/s, mobil internetin median sürəti isə 119,04 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 13,56 Mb/s (17,21 faiz), mobil internetin sürəti 30,84 Mb/s (34,97 faiz) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar