Bakıda fəaliyyət göstərən “Öz geyim” mağazalar şəbəkəsinin sahibi Şamil Qədirov faciəvi şəkildə ölüb.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, fərdi sahibkar yaşadığı ünvanda canına qəsd edib.
Əslən Salyan rayonundan olan Ş.Qədirov ailəli idi, iki azyaşlı övladı var.
İş adamının ölümü ilə bağlı araşdırma aparılır.