Ru
14:10 / 23 Oktyabr 2025

Azərbaycanda keçmiş deputatın 1,5 milyon vergi borcu var

Azərbaycanda keçmiş deputatın 1,5 milyon vergi borcu var
Eye

Milli Məclisin sabiq deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 1 milyon 438 744 manat vergi borcu yaranıb.

Bakupost.az Teleqraf-a istiandən xəbər verir ki, bu, şirkətin əvvəlki illərə nisbətdə ən az vergi borcudur.

Belə ki, 2022-ci ildə bu məbləğ 10 milyon manata yaxın idi.

Qeyd edək ki, şirkətin təsisçilərindən biri də Rafet Ekmekçioğlu olub. O, 2022-ci ildə özünə məxsus 50% payı İqbal Məmmədova verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.

Onu da əlavə edək ki, “Relax” istirahət mərkəzi də Lerikin sabiq deputatına məxsusdur. Sözügedən istirahət mərkəzi daha öncəki illərdə qalmaqalla yadda qalmışdı. Belə ki ki, obyektə yoxlamaya gələn Vergilər Nazirliyinin əməkdaşları İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digər qohumları tərəfindən döyülmüşdü.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar