Ru
11:55 / 10 İyul 2026

Azərbaycanda körpənin böyrəyi xilas edildi - Həkimdən həyat qurtaran əməliyyat

Azərbaycanda körpənin böyrəyi xilas edildi -  Həkimdən həyat qurtaran əməliyyat
Eye

Azərbaycanda azyaşlı uşağın böyrəyi uğurlu cərrahi müdaxilə nəticəsində xilas edilib.

Bakupost.az xəbər verir ki, körpə sidik yollarında anadangəlmə yaranmış ciddi problem səbəbindən doğulduğu gündən çətin mübarizə aparıb.

Belə ki, problemin əsas səbəbi sidiyin normal şəkildə xaric olunmaq əvəzinə geriyə - böyrəklərə doğru qayıtması olub. Bu isə zamanla böyrəklərə zərər vurmaq və onların funksiyasını itirməsi riski yaradırdı.

Uşaq cərrahı Toğrul Ömərov körpəni ilk aylardan müşahidədə saxlayaraq ardıcıl müalicə tədbirləri həyata keçirib. Son əməliyyat zamanı sidik yollarındakı problem aradan qaldırılıb, sidiyin düzgün istiqamətdə axını bərpa edilib və böyrəklər qorunub.
Həkimin sözlərinə görə, pasiyentdə doğulduqdan qısa müddət sonra hər iki tərəfli IV dərəcəli ureterohidronefroz və ağır vezikoureteral reflüks aşkar olunub:

“Böyrək funksiyalarının qorunması üçün həyatının ilk ayında ureterostomiya icra etdik. Təxminən 1 il ərzində aparılan müşahidə və müalicədən sonra növbəti mərhələyə keçərək ureteroneosistostomiya əməliyyatı həyata keçirdik. Əməliyyat uğurla başa çatdı, sidik yollarının anatomiyası bərpa olundu və böyrəklər qorundu.
Bu gün balamız sağlam vəziyyətdə evə yola salındı. Uşaq uroloji xəstəliklərində erkən diaqnostika və düzgün mərhələli cərrahi yanaşma gələcəkdə böyrək çatışmazlığının qarşısını almaqda həlledici rol oynayır”.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar