Ru
09:09 / 16 Oktyabr 2026

Azərbaycanda “kupça”sız evlərlə bağlı yeni təklif – Minlərlə ailə bunu gözləyir

Azərbaycanda “kupça”sız evlərlə bağlı yeni təklif – Minlərlə ailə bunu gözləyir
Eye

Azərbaycanda bəzi evlərə çıxarışın (kupçanın) verilməsi qanunvericiliyin tələblərinə görə mümkünsüzdür. Mühafizə zonalarında, kənd təsərrüfatı təyinatlı torpaqlarda, təhlükəli ərazilərdə və qanunsuz zəbt edilmiş torpaqlarda tikilən evlər bu kateqoriyaya daxildir. Lakin həmin ərazilərdə 20-30 ildən artıqdır yaşayan insanların olması problemin həllini daha da aktuallaşdırır.

Həmin evlərdə yaşayanların aqibəti necə olacaq? “Kupça” ilə təmin olunmayacaqlar?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı Vüqar Oruc həmin evlər uzun müddətdir istismar olunursa, kommunal xərclər ödənilirsə və faktiki mülkiyyət mövcuddursa, məsələ başqa aspektdən qiymətləndirilməlidir deyib.

“Azərbaycan dövləti bu cür hallarda həmişə humanist mövqedən çıxış edir. Həmin vətəndaşlara kompensasiya verilməsi və ya alternativ yaşayış sahəsi ilə təmin olunmaları nəzərdə tutula bilər. Bütün hallarda vətəndaşlar evsiz və eşiksiz qalmamalıdırlar. Əgər tikililər tamamilə qanunsuz idisə, onların tikintisinə və kommunal xidmətlərdən istifadəsinə əvvəlcədən imkan verilməməli idi. İnsanlar illərdir həmin ərazilərdə yaşayırsa, hüquqi baxımdan tanınmasa da, onların faktiki mülkiyyət vəziyyəti mövcuddur. Belə hallarda evlərin sökülməsi zəruri olarsa, vətəndaşlara kompensasiya verilməsi və ya yeni mənzillərlə təmin olunmaları yeganə alternativ yoldur”.

İqtisadçı bildirib ki, başqasına məxsus olmayan və müvafiq şərtləri pozmayan torpaq sahələri üzrə əmlak amnistiyası həyata keçirmək mümkündür:

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin əsas təkliflərindən biri də əmlak amnistiyasının keçirilməsidir. Yaşayış təyinatlı torpaqlarda inşa edilmədiyinə görə qanunsuz hesab olunan evlərin müvafiq torpaq sahələri ayrılmaqla qanuniləşdirilməsi təklif edilir. Müvafiq icazə alınmadan tikilmiş evlər də hüquqi baxımdan qanuniləşdirilməlidir. Qanunla tikintisi qadağan olunan ərazilərdəki evlər istisna olmaqla, uzun müddət həmin ərazilərdə yaşayan vətəndaşlara kompensasiya verilməsi və ya yaşayış sahəsi ilə təmin olunmaları vacibdir”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar