Ru
16:04 / 07 Noyabr 2025

Azərbaycanda maqnit qasırğası

Azərbaycanda maqnit qasırğası
Eye

Noyabrın 7-8-də Günəşin cənub yarımkürəsində alışmalar hesabına aktivlik yüksək səviyyədə qalacaq. Günəş aktivliyi radiorabitə siqnallarını noyabrın 8-də 70-80%, noyabrın 9-da 30-35% əngəlləyə bilən M sinif alışmalar hesabına artıb.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumatına görə, yüksək coğrafi enliklərdə noyabrın 7-də maqnit qasırğasının gücü 10 ballıq şkalada Kp indeksi ilə 6-7 olacaq, sonrakı günlərdə azalaraq normal fon səviyyəsinə qayıdacaq.

Azərbaycanın da daxil olduğu orta coğrafi enliklərdə noyabrın 7-də qasırğanın gücü Kp infeksi ilə 6 olacaq, sonrakı günlər azalaraq fon səviyyəsinə qayıdacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar