Məktəbəqədər hazırlığın məcburi olması ilə bağlı təklif verilib. Bildirilir ki, məktəbəqədər hazırlıq qruplarının könüllü olması şagirdlər arasında fərqlərin yaranmasına səbəb olur və birinci sinifdən etibarən onlar arasında ciddi disbalans müşahidə edilir.
Məktəbəqədər hazırlıq məcburi olmalıdır? Təklif reallaşdırıla bilərmi?
"Bakupost" bildirir ki, Globalinfo.az-a danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli bu təklif həm də milli təhsil sistemində keyfiyyət, bərabərlik prinsiplərinin təmin olunması baxımından strateji və əsaslı addımdır deyib.
“Məktəbəqədər hazırlığın könüllü olması birinci sinfə başlayan uşaqlar arasında idrak, sosial, emosional və ibtidai akademik bacarıqlar baxımından ciddi fərqlər yaradır. Bu isə sonrakı tədris prosesində müəllimlər üçün əlavə çətinliklərə, şagirdlər arasında bilik və adaptasiya fərqlərinin yaranmasına səbəb olur. Erkən yaş dövrü uşağın psixoloji və əqli inkişafının ən mühüm mərhələlərindən biridir. Bu mərhələdə sistemli təhsil mühitindən kənarda qalan uşaqlar məktəbə uyğunlaşma, ibtidai oxu və yazı, eləcə də məntiqi düşüncə bacarıqlarının mənimsənilməsi baxımından həmyaşıdlarından geri qala bilirlər”.
Ekspert bildirib ki, dövlətin təhsil siyasətinin əsas istiqamətlərindən biri hər bir vətəndaş üçün bərabər başlanğıc imkanlarının yaradılmasıdır:
“Bu baxımdan məktəbəqədər hazırlığın məcburi olması təhsildə imkan bərabərliyinin təmin edilməsinə, sosial fərqlərdən asılı olmayaraq bütün uşaqların birinci sinfə eyni baza bilikləri və psixoloji hazırlıqla başlamasına şərait yaradacaq. Təklifin tam və effektiv həyata keçirilməsi üçün müvafiq dövlət qurumları məktəbəqədər təhsil müəssisələrinin infrastruktur imkanlarını genişləndirməli, kadr potensialını gücləndirməli və vahid tədris standartlarının tətbiqini başa çatdırmalıdır. Məktəbəqədər hazırlığın məcburi xarakter alması gələcəkdə daha savadlı, rəqabətədavamlı və bərabər imkanlara malik gənc nəslin yetişdirilməsi istiqamətində təhsil sisteminin atacağı mühüm addımlardan biri olacaq”.
Sizin məktəb heç kimə lazım deyil.
SİZ BU UŞAQLARDAN NƏ İSTƏYİRSİZ?? AĞLINIZA NƏ GƏLİR TƏTBİQ EDİRSİZ. BAŞIMIZI HARA GÖTÜRÜB GEDƏK?? BƏSDİRİN SƏBRİMİZLƏ OYNADIZ.
Azadlıq
До школьное образование котегорически не должно иметь место во первых для чего нужна школа во вторых с детских лет нельзя огроничевать детей свободы и в третьих фунжоментально надо поменять систему оброзования В Азербайджане применяется самая отсталая и не целесобразная система образования .
İmkan verin uşaqlar uşaqlığını yaşasın. 5yaşından məcbur edirlər oxumağa. Oxuyan adam elə 7 yaşında da oxuya bilər.
Uşaq pulu verin heç olmasa uşaq yavan çörək görsün
Səhv fikirdi, uşaq 7 yaşında 1ci sinifə getməlidir,
Təhsili onsuzda məhv eləmisiz nədən danışırsiz. Uşaqların yaxşı qavraması ücün gedin kitablarınızı qoyun qarşınıza oxuyun təkmilləşdirin. Təhsili 7 yaşından başlayın