İmişli Şəkər Zavodunun ərazisində yanğın hadisəsi baş verib.
"Bakupost" report-a istinadən xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb.
Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.
Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.
**'
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.