Azərbaycanda döl hamilə qadının qaraciyərində inkişaf edib.
"Bakupost" “lent.az”a istiandla xəbər verir ki, qadının ultrasəs müayinəsinin görütüntülərini radioloq sosial şəbəkədə paylaşıb.
O bildirib ki, tibbdə belə hallar olduqca nadir olsa da, mümkündür.
Bu zaman mayalanmış yumurta normal olaraq uşaqlığın daxilinə yerləşmək əvəzinə qarın boşluğunda, o cümlədən qaraciyərin səthində implantasiya edərək inkişaf etməyə başlayır.
Qaraciyər nahiyəsində ektopik hamiləlik ciddi və həyati təhlükə yaradan vəziyyət hesab olunur.
Hamiləlik vaxtında aşkarlanıb sonlandırılmadıqda ananın ölümü baş verə bilər.